A
+Əvvəllər məhkum edilmiş şəxs ondan qızıl almaq istəyən kişinin təxminən 48 milyon rublunu oğurlayıb.
Söz.az Ren.TV-yə stinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
İrkutsk vilayətində baş verən hadisə zamanı hücum edən şəxs qızıl almaq istəyən bir alıcı tapıb, onunla çay sahilində görüşüb, daha sonra isə onu döyərək pulunu əlindən alıb.
Məlum olub ki, oğurluqdan sonra cinayətkar həyat yoldaşı ilə başqa şəhərə gedib və yeni avtomobil alıb. O, Krasnoyarskda saxlanılıb. Qalan pul isə maşının içərisindən tapılıb.
Cinayətkar günahını etiraf edib.
Faktla bağlı “Xüsusi külli miqdarda quldurluq” maddəsi ilə cinayət işi başlanıb.