Siçovullar və zəhərli hörümçəklər həbsxanaları "ələ keçirdi"

Siçovullar və zəhərli hörümçəklər həbsxanaları "ələ keçirdi"

Bu gün, 09:10
-

A

+

Böyük Britaniya həbsxanalarına siçovulların və hörümçəklər hücum ediblər.

Söz.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti müstəqil müşahidəçilərin təhlilinə istinadən məlumat yayıb. 

“Oksfordşirdəki Bullinqdon həbsxanasında məhbusları zəhərli hörümçəklər, Suffolkdakı Hallsley Bay həbsxanasında isə məhbus zibilləri çeşidləyərkən siçovul dişləyib. Pentonville həbsxanasında siçovulların sayı o qədər çox olub ki, mətbəx 2024-cü ilin aprelində üç ay müddətinə müvəqqəti bağlanıb.

Bundan əlavə, müstəqil müfəttişlər öz hesabatlarında tarakanların içoxluğu, milçək dişləmələri ilə bağlı dəlilləri təqdim ediblər. Həmçinin yataq böcəkləri səbəbindən istifadəsi dayandırılan həbsxana kameraların da olduğu vurğulanıb.

Müşahidəçilər əlavə ediblər ki, Britaniya həbsxanalarında tez-tez daşqın və su sızmaları baş verir.


yuxarı