A
+İngiltərədə aparılan yeni bir araşdırmaya görə, müntəzəm gəzinti infarktdan ölüm riskini yarıya qədər azaldır, eyni zamanda qocalmanı gecikdirir və ömrü uzadır.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, idman sinir və beyin sağlamlığını qoruyur, unutqanlığı, depressiyanı, osteoporozu, qocalmanı yavaşladır, piylənmə, kolon və döş xərçəngi kimi bəzi oxşar xəstəliklərin riskini azaldır.
Mütəxəssislərin fikrincə, fiziki fəaliyyətlə məşğul olmaq sümük sıxlığının qorunmasına, bədən yağının azalmasına və ürək-damar sağlamlığının yaxşılaşmasına səbəb ola bilər.
Bu, həm əhval-ruhiyyəni, həm də idrak funksiyalarını yaxşılaşdıra bilər.
Alimlər qaçış və ağırlıq məşqlərinin ürək-damar və ya dayaq-hərəkət sağlamlığı kimi müxtəlif fizioloji sistemləri hədəf aldığını, yeriməyin təbii bir antidepresan olduğunu, zehni funksiyaları yaxşılaşdırdığını və hətta demansın başlanğıcını gecikdirə biləcəyini söyləyiblər.
Araşdırmalar idmanın sağlamlığa faydalı olduğu, nizamlı idman edənlərdə cəmi 6 aydan sonra DNT-nin bərpa edilməsinə köməklik göstərən bəzi dəyişikliklərin görüldüyü bildirilib.