A
+Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun yüksək reytinqi və siyasi ambisiyaları, həmçinin seçki kampaniyası üçün pulu var.
Söz.az xəbər verir ki, bunu RİA Novosti-yə Ali Radanın keçmiş deputatı Oleq Tsarev deyib.
Onun sözlərinə görə, Budanov Ukrayna prezidentliyinə namizəd ola bilər.
Eyni zamanda, Radanın keçmiş deputatı bildirib ki, Budanov Ermakdan başqa Zelenskinin kabinetinə sərbəst girə bilən bir neçə nəfərdən biridir.
“Bu, Zelenski üçün təhlükədir”, - deyə Radanın keçmiş deputatı bildirib.
Qeyd edək ki, bundan əvvəl “Forbes” öz mənbələrinə istinadən Vladimir Zelenskinin ofisinin Kirill Budanovun işindən narazı olduğunu bildirib.
Məqalədə qeyd olunur ki, Budanovun Prezident Aparatının rəhbəri Andrey Ermakla gərgin münasibətləri var.