A
+Amerikalı milyarder Bill Qeyts Hindistanı “təcrübə laboratoriyası” adlandırdığına görə tənqid olunub.
Söz.az xəbər verir ki, bu barədə “The İndian Times” məlumat yayıb.
Milyarderin Hindistanın qlobal inkişafdakı potensialı ilə bağlı sözləri ölkəni sınaq meydanı olaraq təqdim etməsi kimi şərh edilib.
Bill Qeyts, Reed Hoffman ilə podkastda dedi: "Bu, Hindistanda sınaqdan keçirdiklərinizin aktuallığını sübut etdikdən sonra başqa yerlərdə istifadə edilə biləcəyiniz şeylərüçün bir növ laboratoriyadır".
İş adamı əlavə edib ki, buna görə də onun ABŞ-dan kənarda ən böyük ofisi Hindistandadır.
Nəşrin məlumatına görə, bu sözlərdən sonra Qeyts hindistanlılar tərəfindən hörmətsizlikdə ittiham edilib, qəzəbli şərhlər və şikayətlər alıb.