A
+Rusiyanın Sankt-Peterburq şəhərində üç əcnəbi vətəndaş azyaşlıya qrup şəklində təcavüz edib.
Söz.az xəbər verir ki, bu barədə REN TV-yə mənbə məlumat verib.
Zərərçəkənin qardaşı polisə müraciət edərək 15 yaşlı bacısının i*tihara cəhdlə hədələdiyini bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qızın üç əcnəbi tərəfindən zorakılığa məruz qaldığını təsdiq edib. Bundan sonra o, psixiatriya mərkəzinə yerləşdirilib.
Cinayətkarların şəxsiyyəti artıq müəyyən edilib, hazırda hadisə ilə bağlı araşdırma aparılır.