A
+Peruda sərnişin avtobusunun körpüdən aşması nəticəsində 2 nəfər ölüb, 38 nəfər yaralanıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri sürücüdür.
Xilasedicilər gecə saatlarına qədər çalışaraq yaralıları dağıntılar altından çıxarıblar.
Yerli mətbuatın məlumatına görə, körpü 50 il əvvəl tikilib.
Hazırda körpünün konstruksiyasının ağırlığa tab gətirməməsinin səbəbi araşdırılır.